İntizarda iradtanıma
(Və ya düzgün intizar)

Bismillahir rəhmanir rəhim

İmam Zamanla (əc) bağlı bəhs edilən məsələlərdən biri o Həzrətin intizarı ilə əlaqədar gözə çarpan qeyri səhih fikirlərdir.

Yə`ni, İmam və onun intizarı ilə əlaqədar yaranan və həqiqətdən uzaq olan fikirlər. Belə məsələləri biz əql və məntiqi baxışla araşdırmalıyıq. Bu bizim Həzrətlə bağlı vəzifələrimizdən biridir. Təəssüflə deməliyik ki, bə`zi adamların intizar barəsində olan fikirləri səhih deyildir.

Psixologiyada bəhs edilən xəstəliklərdən biri «rofronik»dir –cürbəcür xəyallara fikirlərə düşmək. Bu psixi xəstəliyin əlamətlərindən biri budur ki, həmin xəstəliyə düçar olan adam, özünü böyük şəxsiyyətlərin yerinə qoyur.

Təəssüf ki, bu xəstəlik az ya çox miqdarda özünü əhli beyt aşiqləri arasında da büruzə verməkdədir. Belə insanlar özlərini sanki İmam Zamanının yerinə qoyurlar. Onlar Həzrətin zühuruyla bağlı camaata və`dələr verir, fikirlər söyləyirlər.

Misal olaraq, olmuş bir hadisəyə diqqət yetirək: Bir gün institutun qarşısında başına parça sarımış qəribə bir şəxs peyda olmuşdu ki, ətrafına çoxlu adam toplaşmışdı. Bu xəstəliyi (rofronik xəstəliyini) tanımayanlar güman edirdilər ki, həmin şəxs mö`min və təqvalı bir adamdır. O, insanların sadəlövlüyündən və onların müqəddəs intizar barəsində mə`lumatlarının az olmasından istifadə edərək, camaatı aldadaraq, heç bir əsası olmadan deyirdi: İmam Zəman Şə`ban ayının on beşi saat 12:01–də zühur edəcək.

Gördüyünüz kimi bu müqəddəs yolda diqqətsizlik ucbatından nə qədər böyük səhvlər baş verir ki, nəticəsi də böyük zərərlər olur. Bəs gərək bu İmam Zəmanla bağlı məsələlərə əql gözü ilə baxaq, bu sahədə yaranmış xürafatları tanıyaq və onlardan uzaq duraq.