İMAMIN HƏYATININ DÖVRLƏRİ

İmamın həyatın üç dövrə bölmək mümkündür:

a) Təvəllüdündən atasının şəhadətinə qədər olan beş illik dövr. Bu qısa müddət ərzində əshabından və dünyanın hər tərəfindən alimlər və fəqihlər imam Həsən Әskəri əleyhissalamın görüşünə gəldikdə bu balaca uşaqla da görüşərək ondan bə`zi mövzular haqqında suallar soruşmuşdular. İmam Həsən Әskəri (ə) öz oğlunu onlara təqdim edərək onun barəsində əshabına müxtəlif tövsiyələr edirdi.

b) İmamın altı yaşından başlayaraq 74 yaşına qədər davam edən qeybəti-süğrası (yə`ni kiçik qeybət): Bu dövrdə hökumət adamları onu görməkdən məhrum idilər. Amma imamın əshabı və həqiqi şiələr onun yanına gedib istədikləri sualları ona verirdilər. Bu dövrdə imam (ə.f.) ilə xalq arasında vasitəçi olan, eləcə də camaatın istək və məktublarını imama gətirib cavabını onlara aparan dörd nəfər v ar idi:

1. Osman ibni Sə`id;

2. Məhəmməd ibni Osman;

3. Hüseyn ibni Ruh;

4. Әli ibni Məhəmməd Səymuri.

Bunlar həzrətin e`tibarlı əshablarından sayılırdılar və hər biri, o birisindən sonra, öz öhdəliyini yerinə yetirirdi.

v) Üçüncü dövr 329-cu Hicri-qəməri ilindən başlayaraq bu günə qədər davam edən qeybəti-kübra (yə`ni böyük qeybət) dövrüdür. Bu dövrün nə qədər davam edəcəyini Allahdan başqa heç kim bilmir. Həzrət (ə.f.) bu dövrdə xalq arasında gizli və kimsənin onu tanımayacağı bir şəkildə hərəkət və rəftar edir. Onu görən olsa da tanıya bilməz. Yalnız o, gedəndən sonra həzrətdə gördükləri əlamətlərdən onun imam (ə.f.) olduğunu başa düşərlər.